BAKI, 11 iyun - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər:
“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.
Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.
Babanlı "Diqlas" yanğını zamanı yanğının fonunda çəkdirdiyi şəkil ilə gündəmə gəlmişdi.