Türkiyə diplomatlarına aid avtomobillər yandırıldı

Yunanıstanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb
Sputnik

 

BAKI, 10 iyun — Sputnik. Yunanıstanda Türkiyə diplomatlarına məxsus avtomobillər yandırılıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Yunanıstanın ikinci böyük şəhəri olan Selanikdə Türkiyə diplomatlarına aid olan 2 nəqliyyat vasitəsi naməlum şəxslər tərəfindən yandırılıb.

Hadisə səhər tezdən baş verib. 10 dəqiqə ara ilə avtomobillərin üzərinə benzin tökülərək ayrı-ayrı yerlərdə yandırılıb. Nəticədə avtomobillər tamamilə yanıb.

Hadisə ilə bağlı cinayət işi başlayıb.

Qeyd edək ki, Yunanıstanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb və baş verənləri qınayıb.