BAKI, 9 iyun — Sputnik. Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 69,94% səslə liderdir.
Sputnik Qazaxıstan xəbər verir ki, bu məlumatı “Gənclik” elmi-tədqiqat mərkəzi apardığı exit-pollun nəticələrinə uyğun olaraq elan edib.
Bu nəticələrə əsasən, seçkilərdə ikinci yerdə 14,96% səslə Amirjan Kosanov, üçüncü yerdə isə 4,78 faiz səslə Daniya Espayeva qərarlaşıb.
“İctimai rəy” institutunun elan etdiyi exit-poll nəticələri isə Tokayevin 70,13% səslə seçkilərdə qələbə qazandığını göstərir.
Prezident postu uğrunda 7 nəfər mübarizə aparır.