CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəsimi rayonunun sakinlərinin nəzərinə

Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək
Sputnik

BAKI, 7 iyun — Sputnik. Bakının Nəsimi rayonunda su iki gün ərzidə fasilələrlə veriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7 və 8 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.