BAKI, 6 iyun — Sputnik. Böyük Britaniyada qızın sevgilisini qucaqlaması sonuncunu ölümdən qurtarıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Emma Mayor Ceyms Ketlou ilə sosial şəbəkədə tanış olub. Görüşlərin birində 20 yaşlı qız oğlanı qucaqlayan zaman onun kürəyində şübhəli bərkimə-şiş hiss edib.
“Mən düşündüm ki, bu nəsə kist və ya daha təhlükəli bir şeydir” – deyə qız bildirib.
Gənc oğlan özündə xəstəliyin heç bir əlamətini hiss etmədiyi üçün qızın sözlərinə əhəmiyyət verməyib.
“Əvvəlcə mən çox həyacanlandım. Düşündüm ki, əgər mən bunu daha əvvəl hiss etməmişəmsə, deməki burada heç nə ola bilməz” – Ketlou deyib.
Ancaq gənc qız sevgilisini həkimə getməyə məcbur edib. Tibbi müayinədən sonra Ketlounun skeletində bədxassəli şiş aşkarlanıb. 1,1 il ərzində Ketlou müalicə alıb və sağalıb.
“Onda xərçəng aşkar edilən zaman mən onunla cımi 5 ay idi ki, tanış idim. Ceyms hər zaman deyir ki, mən onun həyatını xilas etmişəm. Mən təkcə onu deyil, bizim gələcəyimizi xilas etmişəm” – Mayor əlavə edib.