İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü

Onların xüsusilə təhlükəli virusun qurbanı olduğu istisna edilmir
Sputnik

BAKI, 6 iyun — Sputnik. Gənc amerikalı cütlük Fici adasında məzuniyyətdə olarkən müəmmalı xəstəlikdən ölüb.

İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü

Sputnik Azərbaycan “Daily Mail”ə istinadən xəbər verir ki, ABŞ-ın Fort Uert şəhərindən olan Devid və Mişel Pol adaya 22-25 may tarixləri arasında gəliblərmiş. Onların qohum və dostlarının sözlərinə görə, hər ikisi tamamilə sağlam idi və özlərini çox yaxşı hiss edirdilər.

İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü

Lakin Ficini tərk etməmişdən bir gün əvvəl Devid və Mişel səhhətlərinin pisləşməsindən şikayətləniblər. Bundan az müddət sonra Mişel vəfat edib. Onun həyat yoldaşı Devid isə Avstraliyada müalicə üçün xəstəxanaya yerləşdirilməli imiş, lakin o da keçinib. 

Onların ölüm səbəbi hələ də bilinmir. Ficinin hüquq mühafizə orqanları hadisəni araşdırırlar.

İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü

Cütlüyün xüsusilə təhlükəli virusdan ölməsi istisna edilmir. Onların cəsədlərinin bütün zəruri yoxlamalardan sonra vətənlərinə göndəriləcəyi bildirilir.

Devid və Mişelin ikiyaşlı oğlu var imiş.