BAKI, 6 iyun — Sputnik. Artıq internet olmadan “WhatsApp”-da mesajlaşmaq mümkün olacaq.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Android telefonlarda olan funksiya sayəsində istifadəçilər artıq “WhatsApp”-dan internet olmadan istifadə edə biləcəklər.
Bunun üçün aşağıdakı təlimata diqqət yetirin:
Əvvəlcə Android cihazından “Parametrlər” hissəsinə daxil olun. Qarşınıza çıxan “Bağlantılar” bölməsinə daxil olaraq “Mobil şəbəkələr” hissəsini seçin.
Burada qarşınıza çıxacaq “Giriş nöqtəsi adları”, daha sonra isə “Əlavə et” bölməsinə daxil olun.
Qarşınıza çıxan ekrandakı boşluqlara aşağıdakıları yazın:
Ad: WhatsApp APN: internet Proxy: 127.0.0.01 Giriş nöqtəsi: 8080
Profili qeyd edin və Giriş nöqtəsi adları hissəsində “WhatsApp”-I seçin.
Bu prosesdən sonra telefonda internet bağlanacaq, ancaq WhatsApp üçün əlavə internet xərci tutulmur.