BAKI, 5 iyun - Sputnik. Bir neçə gün öncə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın sevgilisi Taha Tatlıcını bıçaqlaması ilə bağlı xəbər yayılmışdı. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Günay Musayeva oğlunun Taha Tatlıcı tərəfindən döyüldüyü üçün belə bir addım atdığını bildirmişdi.
Olayla bağlı danışan model özünü müdafiə üçün bıçağı əlinə aldığını və bu anda Taha Tatlıcının ona hücum etdiyini bildirib: “O, oğlumla mənim üzərimə hücum edirdi. Mən isə özümü qorumaq üçün bıçağı əlimə aldım. O üzərimə gəldikdə isə bıçaq ona batdı. Çox pərişanam, bundan artıq danışmaq istəmirəm”.
Qeyd edək ki, baş verən olayla əlaqədar modelin 2,5 illik həbsi tələb olunub.