Ermənistanda polislə qarşıdurma – İş yenə Soros fondundadır

Etirazçılar onların binaya buraxılmasını tələb etsə də, polis onların bu tələbini yerinə yetirməkdən imtina edib
Sputnik

BAKI, 4 iyun — Sputnik. Ermənistanda "VETO" hərəkatı Soros fondunun (Fondun rəsmi adı "Açıq Cəmiyyətdir") Yerevan filialı qarşısında ikinci etiraz aksiyası keçirib. Sputnik Ermənistan xəbər verir ki, onlarla etirazçı fondun binası qarşısına toplaşıb.

Corc Soros: "Sonu Sovet İttifaqı kimi olacaq"

Etirazçılar rus və ingilis dillərində "Stop Soros" yazılan plakatlar saxlayıb və onların fikrincə Ermənistanda fondun maraqlarını irəli çəkən şəxslərin fotolarını tutublar.

"VETO" hərəkatının rəhbəri, Ermənistan polisinin sabiq rəhbərinin müşaviri Narek Malyan bəyan edib ki, ofisin işçilərin və onunla əməkdaşlıq edənlər xarici agentlərdir və onların fəaliyyətinin qarşısını almaq lazımdır.

Polis etirazçıların ofisin binasına yaxınlaşmasının qarşısını alıb. Etirazçılar onların binaya buraxılmasını tələb etsə də, polis onların bu tələbini yerinə yetirməkdən imtina edib.

Buna cavab olaraq Malyan bir neçə nəfərlər birgə polis mühasirəsini yarmağa çalışıb. Bir neçə dəqiqə davam edən qarşıdurmadan sonra erməni fəallar geri çəkilib.

Bundan sonra Malyan siyasi qüvvələri Soros fondu qarşısında toplaşmağa çağırıb.