Merkel tabe olmadı - "Şimal Axını 2" layihəsinə dəstək

Kanslerin fikrincə, Ukrayna ərazisindən tranzitdən savayı, "Şimal Axını 2" qaz borusu da tikilə bilər
Sputnik

BAKI, 4 iyun — Sputnik. Almaniya Kansleri Angela Merkel alman sənayesinin "Şimal Axını 2" boru xəttinin tikintisinin zəruri olduğuna dair mövqeyini dəstəklədiyini bildirib.

Millət vəkili qaz limitindən danışdı: "Düzgün deyil"

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Merkel alman federal sənaye birliyinin Berlində keçirilmiş konfransında çıxışı zamanı bu bəyanatı verib.

Onun sözlərinə görə, nüvə və kömür enerjisindən imtina enerji siyasətində, enerji istehlakında yeni planlaşmanı tələb edir. Almaniya kansleri qeyd edib ki, enerji təminatının təhlükəsizliyi üçün yeni planlar ilin sonuna qədər təklif olunacaq.

Merkel izah edib ki, nüvə və kömür enerjisindən imtina, enerji daşıyıcısı kimi təbii qaza keçidi tələb edir.

"Bu səbəbdən mən hər zaman deyirəm ki, Ukrayna ərazisindən tranzitdən savayı, qaz borusu kimi "Şimal Axını 2" də tikilə bilər" - deyə Merkel bildirib.