BAKI, 3 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələri ölkədən kənarda anti-terror əməliyyatı keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, anti-terror əməliyyatı İraqın şimalında keçirilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın "Zap" bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində ən azı 5 terrorçu zərərsizləşdirildi.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı digər bir açıqlamada İraqın şimalında həyata keçirilən "Pəncə Hərəkatı" əməliyyatı zamanı isə daha bir terrorçu zərərsizləşdirildi. Bununla da hərəkatın başlanmasından sonra zərərsizləşdirilən terrorçuların sayı 28-ə çatıb.