Yerevanda qanlı cinayət: Kişi keçmiş arvadını qumbara ilə partlatdı

Partlayış nəticəsində bir nəfər həlak olub, bir uşaq isə yaralanıb
Sputnik

BAKI, 31 may — Sputnik. 60 yaşlı Yerevan sakini keçmiş arvadının evinə iki qumbara ataraq bir nəfərin həlak olmasına səbəb olub. 

Yerevan Moskva ilə fikir ayrılıqlarını etiraf etdi
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə məişət zəminində baş verib.

"60 yaşlı Yerevan sakini, məişət zəminində keçmiş həyat yoldaşı və onun hazırkı əri ilə Noramarq kəndindəki (Yerevandan 22 kilometr aralıda yerləşir – red.) evlərdən birində mübahisədən sonra, iki qumbara atıb. Partlayış nəticəsində bir uşaq xəsarət alıb. Qadının həyat yoldaşı isə xəstəxanada keçinib", - məlumatda deyilir.

Fakta dair cinayət işi açılıb və hazırda təqsirli bilinən şəxsin tapılması üçün tədbirlər görülür. Onun evində axtarışlar zamanı daha iki qumbara aşkarlanıb.