RUSİYA

Putin və Ərdoğan yeni görüş barədə razılığa gəlib

Putin və Ərdoğan hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib
Sputnik

BAKI, 31 may — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla danışaraq bır sıra xarici siyasət məsələlərini müzakirə edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Tərəflərin Suriyadakı vəziyyətə daha çox diqqət ayırdığı xüsusilə qeyd olunur.

Bundan əlavə, Putin və Ərdoğan hərbi-texniki sahə daxil olmaqla bir sıra ikitərəfli məsələləri də müzakirə edib.

Prezidentlər, həmçinin 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində baş tutacaq "G20" sammiti çərçivəsində görüş keçirmək barədə razılığa da gəlib.