SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın İran planı pozulur, əsas ölkələrdən biri Tehranın yanındadır

İraq İranla heç bir müharibənin baş verməyəciyinə ümid edir
Sputnik

BAKI, 31 may — Sputnik. İraq İranın siyasətini qınamaqla bağlı Səudiyyə Ərəbistanını dəstəkləməkdən imtina edib və Ərəb Dövlətləri Liqasının Məkkədə keçirilən sammitinin yekun bəyanatını imzalamaqdan imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, İranın xarici siyasətinin müzakirə olunduğu toplantını Səudiyyə Ərəbistanı kralı Salman ben Abdul Əziz əl Saud şəxsən çağırmışdı.

"İraq hazırkı variantda sammitin yekun bəyanatından narazılığını bildirib",- deyə Ərəb Dövlətləri Liqasının sədri Əhməd Abdul Qeyt bildirib.

İran ətrafında mənzərə yenidən formatlaşdırılır - Üç ölkə prezidenti bir araya gəlir

Öz növbəsində sammitin açılışında çıxış edən İraq prezidenti Bəhram Saleh İraq və İran arasında heç bir müharibənin baş verməyəciyinə ümid etdiyini bildirmişdi.

Bu arada Ərəb Dövlətləri Liqası Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) onların neft strukturuna baş tutan hücumdan sonra öz maraqlarını qorumaq hüququnu dəstəkləyiblər.

Qeyd edək ki, Məkkədə toplan nümayəndə heyətləri daha əvvəl İranın digər ölkələrin daxili işlərinə qarışmasını, onun Yəməndə şiə üsyançılara dəstəyin qınayıblar.