BAKI, 30 may - Sputnik. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final görüşü başa çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Londonun "Çelsi" klubu daha bir İngiltərə təmsilçisi "Arsenal"a qalib gəlib - 4:1.
Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissə isə qol sarıdan bol olub.
49-cu dəqiqədə Olivye Jiru hesabı açıb - 1:0. 60-cı dəqiqədə Pedro Rodriges ikinci topu "Arsenal"ın qapısından keçirib - 2:0. 65-ci dəqiqədə Eden Azar penaltidən üçüncü qolu vurub - 3:0.
69-cu dəqiqədə İvobi fərqi azaldıb - 1:3. Lakin 72-ci dəqiqədə Eden Azar görüşdə ikinci topunu vurub - 4:1.
Beləliklə, "Çelsi" tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub