İDMAN

İdman şərhçisi Avro Liqanın finalına hazırlıqlardan danışdı

İdman şərhçisi Rövşən Binnətli deyir ki, ölkəmiz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
Sputnik

Bu gün Bakı Olimpiya Stadionunda iki ingilis komandası-“Arsenal” və “Çelsi” arasında UEFA Avropa Liqasının finalı keçiriləcək.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Bakıda keçiriləcək bu oyun çox məsuliyyətlidir:

“Ölkəmiz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bunun isə olacağına zərrə qədər də şübhə yoxdur. Azərbaycan bu oyuna qədər də bir çox beynəlxalq turnirlərə ev sahibliyi edib. Eyni zamanda ötən illərdə ölkəmiz Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına yüksək səviyyədə təşkil edib. O baxımdan qazanılmış təcrübəmiz bu dəfəki oyunu da uğurla təşkil edəcəyimizi deməyə əsas verir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz