İDMAN

Möhtəşəm final start götürdü

Bu gün Avropa Liqasının tarixində onuncu finaldır
Sputnik

BAKI, 29 may - Sputnik. Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasında final görüşü başlayıb.

Komandaların heyətləri belədir - “Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett.

Bu gün Avropa Liqasının onuncu finalıdır. Ötən doqquz finalda 24, yəni orta hesabla bir oyunda 2,667 top vurulub. Ən böyük fərq 2012-ci və 2018-ci illərdə qeydə alınıb.  Hər iki görüşdə Madridin "Atletiko" klubu qalib gəlib - 3:0. Rəqiblər isə müvafiq olaraq "Atletik" və "Olimpik" olublar. Bir oyunda ən çox top 2015-ci ildə vurulub. Həmin il İspaniya "Sevilya"sı Ukrayna "Dnepr"inə qalib gəlib - 3:2.

Bu gün Bakıda keçirilən UEFA Avropa Liqaısının finalı bu yarışın tarixində ikinci əsl ingilis finalı olacaq. Sputnik Azərbaycan xəbər verir ki, birinci dəfə 1972-ci ildə hazırkı yarışın sələfi olan UEFA Kubokunun finalında İngiltərənin "Tottenhem" və "Vulverhempton" klubları qarşılaşıblar. Keçirilən iki görüşdə "Tottenhem" ümumi 3:2 hesabı ilə qalib gəlib.