İDMAN

Bakıda ingilis azarkeşin bayrağını oğurladılar - VİDEO

Bakılı gənc "Arsenal"ın bayrağını oğurlayaraq aradan çıxıb
Sputnik

BAKI, 29 may — Sputnik, Teymur Tuşiyev. Bakıya gəlmiş "Arsenal" azarkeşində olan İngiltərə bayrağını oğurlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxt küçələrindən birində azarkeş bayraqla şəkil çəkdirərkən baş verib.

YouTube-da yerləşdirilmiş vudeoda görünür ki, "Arsenal"ın fanatı İngiltərə bayrağı ilə şəkil çəkdirir. Bayrağın üzərində klubun rəmzi olan top və "Essex gooners" yazısı var. Lakin bir anda kadrda peyda olan gənc adam fanatın əlindən bayrağı alıb qaçır. Oğrunun tutulub-tutulmadığı məlum deyil.

Londonun "Çelsi" və "Arsenal" klubları arasında UEFA Avropa Liqasının final oyunu saat 23.00-da Bakı Olimpiya Stadionunda başlayacaq.