CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişəcək

Bakı Nəqliyyat Agentliyi məlumqt yayıb
Sputnik

BAKI, 28 may — Sputnik. Mayın 29-da Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək. 

Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.

Bundan əlavə, 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.