QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Həmsədrlər erməni nazirlə Qarabağdakı vəziyyəti müzakirə ediblər

David Tonoyan Zakir Həsənovla arasında operativ əlaqənin olmasını istəyir
Sputnik

BAKI, 27 may — Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb.

Sputnik Ermənistan xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. 

Görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttindəki situasiya müzakirə olunub.

Məlumata görə, Tonoyan görüşdə Ermnistan və Azərbaycanın siyasi rəhbərliyi arasında 2018-ci ilin oktyabrında qurulmuş operativ əlaqənin vacibliyini qeyd edib və ölkələrin hərbi komandanlıqları arasında da analoji kommunikasiyanın yaradılmasının vacibliyini vurğulayıb.