BAKI, 27 may — Sputnik. Ermənistan rəhbərliyi iddia edir ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələrinin danışıqlara cəlb etmədən Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov yazılı formada Rusiyanın "Kommersant" nəşrinin suallarını cavablandıraraq bunun niyə mümkün olmadığını, rəsmi Bakının Nikol Paşinyanın rəhbəri olduğu hökumətdən nə gözlədiyini, həmçinin danışıqlar prosesində əhəmiyyətli irəliləyiş əldə etmədən xalqlar arasında qarşılıqlı inamı bərpa etmək olarmı kimi suallara aydınlıq gətirib.
- Ermənistandan hakimiyyətin dəyişməsindən bir il keçdi. Rəsmi Bakının Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsinə daha konstruktiv yanaşacağına dair gözləntiləri doğruldumu?
- Öncə qeyd etmək istəyirəm ki, Ermənistanın sabiq rəhbərliyi hər cür formada öz bilavasitə beynəlxalq öhdəliklərinin icrasından yayınmağa çalışır. BMT-nin üzvü kimi Ermənistanda həmçinin bu qlobal təşkilatın nizamnaməsinin bəndləri, normaları və beynəlxalq hüquq prinsiplərinə bağlıdır. Ərazilərin işğalı üçün güc yolunun tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyünü hörmət və dövlət sərhədlərinin toxunulmazlığı, beynəlxalq mübahisələrin həllinin dinc yolla həllini və s. nəzərdə tutan ümumi universal qanunlarla yanaşı, 1993-cü ildə bilavasitə Azərbaycanın ərazilərinin işğalı haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnamə də var. Məlum olduğu kimi, adı çəkilən prinsiplərin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qüvvədən düşmə müddəti yoxdur və qeyri-şərtsiz icra edilməlidir. Yəni onlara riayət edilməlidir. Əfsuslar olsun ki, uzun illər ərzində Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin bu birmənalı tələblərinin yerinə yetirilməsi üzrə xeyirxah siyasi iradə göstərməyib ki, bu da son nəticədə Yerevanı genişmiqyaslı regional əməkdaşlıqdan təcrid olunması, bu ölkədə durğunluq və dərin sosial-siyasi böhranla nəticələndi. Nəticədə Nikol Paşinyan hökumətini hakimiyyətə gətirən hadisələr baş verdi.
Təbii ki, biz Azərbaycanda qonşu ölkənin yeni rəhbərliyinin sağlam düşüncəli olacağına müəyyən ümidlər bəslənilir. Biz onların Azərbaycanla münasibətləri nizama salmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan, aqressiya və işğal siyasəti yürütməklə özlərini saldıqları dalandan çıxa bilməyəcəklərini dərk edəcəklərinə ümid edirik. Öz tərəfimizdən Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olmaları üçün müəyyən müvəqqəti fasilə verdik. Bu keçid dövrü artıq bitib, danışıqlar həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyyəsində bərpa olunub. Belə ki, bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mən artıq öz erməni həmkarımla (Zöhrab Mnatsakanayan – red.) iki dəfə - yanvarda Parisdə, aprel də isə Moskvada görüşdüm. Son görüş üçtərəfli formatda – Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutdu. Dialoq mövcud gündəlik üzrə mövcud formatda aparılır ki, bu da müəyyən optimizm yaradır.
Bununla yanaşı, danışıqlar prosesi çərçivəsində baş tutan görüşlərlə praktiki paralel olaraq Ermənistan tərəfindən birmənalı olmayan və siyasi nizamlanmanın bütün strukturuna kölgə salan bəyanatlar səslənir. Təəssüflər olsun ki, buna tez-tez rast gəlinir. Ona görə də, belə vəziyyət həyəcan yaradır. Ona görə də, ötən ilin hadisələr baxımından çox sıx və təzadlı olduğunu söyləyə bilərəm. İndi isə danışıqlar prosesini inkişaf etdirmək üçün ilk növbədə Ermənistan rəhbərliyinin siyasi iradə göstərməsi lazımdır
- Bu yaxınlarda Parisdə siz erməni həmkarınızla humanitar əlaqələrin qurulmasına (jurnalistlərin və məhbusların yaxınlarının qarşılıqlı səfərini təşkili) dair razılığa gəldiniz. Bu razılaşmaların həyata keçirilməsi necə gedir?
- Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanılan şəxslərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib. "Hamının hamıya" prinsipi ilə saxlanılan şəxslərin və hərbi əsirlərin dəyişdirilməsi dünya praktikasında qəbul olunub və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənir.
Əminik ki, bu danışıqlarda sonrakı inkişafa və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlanmasında daha əlverişli emosional mühitin yaranmasına yardım edə bilər.
Real səfərlərin təşkilinə gəldiksə isə burada hər şeydən əvvəl konkret istiqamətdə işləmək lazımdır. Bu mövzu iki cəmiyyət üçün nə dərəcədə həssas olduğu nəzərə alınmalı və təkliflərin sülh prosesinin ziyanına deyil, xeyrinə olmasına xüsusi ilə nəzərə alınmalıdır.
- Yerevanda mən eşidirdim ki, 2016-cı ildə Dağlıq Qarabağda qanlı toqquşmalar gətirib çıxaran səbəb 2012-ci ildə Ramil Səfərovun mükafatlandırılması olub. Siz bunu necə şərh edərsiniz?
- Yeri gəlmişkən bizim mövqeyimiz bundan ibarətdir ki, problem əsasını erməni tərəfindən zorakılıq hallarını həyata keçirilməsi, Azərbaycan ərazilərinin işğalı və Dağlıq Qarabağda, Xocalıda (1992-ci ildə) törədilən dəhşətli soyqırım aktı da daxil olmaqla, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmələr durur. Xocalıda erməni hərbçiləri yalnız azərbaycanlı olduqları üçün dinc əhalini məhv ediblər. Bizim mövqeyimizi praktiki olaraq bütün dünya birliyi də dəstəkləyirik ki, bunun da sübutu bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən çoxsaylı qətnamələr və qərarlardır.
2016-ci ilin aprelində baş verən hadisələrə gəldikdə isə onlar daha əvvəl də dediyim kimi amansız zorakı etnik təmizləmələrə müşayiət olunan və Azərbaycan torpaqlarının işğalına əsaslanan mövcud status-kvonun özündə böyük risklər daşımasının və istənilən an mövcud konfliktin silahlı qarşıdurmaya çevrilə biləcəyinə dair bariz nümunədir.
Yəni özündə müharibə riskinin də bərpa olunmasını daşıyan atəşkəs rejiminin pozulması da daxil olmaqla bütün problemlərin səbəbi məhz Ermənistan Respublikasının işğalçı qoşunlarının qanunsuz olaraq Azərbaycan ərazilərində qalması və bununla əlaqədar güc yolu ilə saxlanılan ərazilərə Cəbrayıl rayonundan qovulan Ramil Səfərovun da ailəsi daxil olmaqla yüz minlərlə məcburi azərbaycanlı köçkünün öz vətənlərinə qayıda bilməməsidir.
- Ekspertlər arasında belə bir fikir var ki, ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcək statusu və qaçqınların qaytarılması kimi məsələlərin müzakirəsi hazırkı vəziyyətdə sadəcə mənasızıdır və buna görə də onlar təxirə salınmalı və qarşılıqlı inamın bərpası üzərində işləmək lazımdır.
- Düşünürəm ki, tam əksinə. Öz doğma şəhər və kəndlərindən qovulan şəxslərin mövcudluğu fonunda qarşılıqlı inamın bərpasından necə danışa bilərik? Münaqişənin ağır nəticələrinin aradan qaldırmasını nəzərdə tutan həll yolundan aydın siyasi iradənin nümayişi və danışıqlar prosesində real addımlarla möhkəmləndirilməyən inamın bərpasına dair istənilən cəhdlər müvəffəqiyyətsizliyə məhkumdur.
Ona görə də biz məhz münaqişənin mərhələli şəkildə həlli istiqamətində fəaliyyət göstərməliyik ki, bunun da başlanğıcı işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması və daha sonra ora məcburi köçkünlərin ora qayıtmasıdır. Məhz bu inamın qurulması üçün hiss edilən şərtlər yaradacaq.
Tərəflərin bir-birilərinə güvənmələri üçün ən azı daima əlaqə olmaq lazımdır. Məsələn Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycanlı icması tərk edilmiş evlərinə geri qayıtmağa və regionun erməni icması ilə birgə əlaqə qurmağa, inamı bərpa etməyə və sülhü qaytarmağa hazırdır.
- Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "rəhbərliyinin" danışıqlar formatına daxil edilməsinin əsaslandıran erməni həmkarınız bəyan edib ki, onlar Yerevana tabe olmurlar. Yəni Yerevan siz və Zöhrab Mnatsakanyanın danışıqlarda əldə edə biləcəyiniz hipotetik həll yolunu onlara qəbul etdirə bilməyəcək. Bu arqumenti necə cavablandırrdınız?
- Siz Yerevanda Ermənistan Respublikasının yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bəzilərinin oğullarının harada müddətli hərbi xidmətdən keçdiyini soruşmadınız? Hazırkı Ermənistan Prezidenti və Baş Naziri hara tez-tez gedir? Hansı vergi ödəyicilərinin hesabına adı çəkilən marionet quruluşun büdcəsinin əsas hissəsi formalaşır?
Hər şey olduqca sadədir – münaqişə tərəfi kimi Ermənistan Respublikası ilə üz-üzə dayan Azərbaycan Respublikasıdır. Bu forma 24 mart 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası tərəfindən təsdiqlənib. Reallıq budur. Yerdə qalanlar isə ya fərziyyə və ya həll prosesini saxta bəhanə ilə gecikdirmək cəhdləridir.
- Nikol Paşinyan bu yaxınlarda bəyan etdi ki, danışıqlar prosesini nə gecikdirmək, nə də yavaşıtmaq niyyətindədir. Bəs siz bu barədə nə düşünürsünüz?
- Biz yalnız bu cür yanaşmanı dəstəkləyə bilərik. Azərbaycan – birmənalı olaraq münaqişənin tez bir zamanda həllində maraqlıdır. Biz bu günə qədər öz ümidimizi münaqişənin danışıqlar yolu ilə həllinə bağlamağa davam edirik.
Hesab edirəm ki, Ermənistan tərəfi də bundan maraqlı olmalıdır. Çünki münaqişənin uzanması erməni xalqında da sağalmaz insani əzablar verdi. Azərbaycan ərazilərinin işğalı və bu ərazilərin davam edən işğalı bütün bu illər ərzində Ermənistana heç bir hiss edilən divident gətirməyib. Amma bu yoxsulluq səviyyəsinin artımına, işsizliyə, əhalinin ölkəni tərk etməsinə və böhranın digər təzahürülərinin meydana çıxması ilə nəticələndi. Necə deyirlər, siyasətçi seçkilər barədə düşünür, dövlət lideri isə gələcək nəsillər barədə.
Əgər Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədini güdürsə, onda birmənalı və gecikmə olmadan siyasi iradə göstərməli və bu istiqamətdə praktik addımlar atmalıdır. Biz isə öz tərəfimizdən yalnız bəyanat səsləndirməklə, deyil həm də həyata keçirilməli olan bu cür yanaşmanı hər bir formada dəstəkləyəcəyik.