SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident AXC-nin şərəfinə ucaldılan abidəni ziyarət edib

Dövlətimizin başçısı abidənin önünə əklil qoyub
Sputnik

BAKI, 27 may — Sputnik. Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Sputnik Azərbaycan xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Prezident AXC-nin şərəfinə ucaldılan abidəni ziyarət edib

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.