İQTİSADİYYAT

Azərbaycan vətəndaşı banklara inanmalıdırmı - iqtisadçı banklara etibardan danışır

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, problemlərin həlli istiqamətində atılan addımlar vətəndaşların inamının artırılması üçün münbit şərait yaradacaq
Sputnik

“Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, makro-iqtisadi göstəricilərin səviyyəsi və manatın məzənnəsinin sabitliyi Azərbaycanda fəaliyyət göstərən banklara vətəndaşlarda inam yaradır:

“Növbəti dövr üçün də manatın məznnəsinin sabit olacağı proqnozlaşdırılır. Bu da banklara inamın artmasına səbəb olacaq. Həmçinin, 2015-ci ildə baş vermiş devalvasiyadan sonra yaranmış problemlərin həlli istiqamətində atılan addımlar vətəndaşların inamının artırılması üçün münbit şərait yaradacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz