Trampın silah satışı qərarı Konqresi qarışdırdı

Trampın qərarından sonra 8 milyard dollarlıq 22 silah müqaviləsinin Konqresin nəzarəti olmadan həyata keçirilməsi gözlənilir
Sputnik

BAKI, 27 may — Sputnik. ABŞ prezidenti Donald Trampın fövqəladə vəziyyət səlahiyyətindən istifadə edərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satmaq qərarı Konqresdə etirazlara səbəb olub.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Tramp fövqəladə vəziyyət səlahiyyətindən istifadə edən zaman Konqresin razılığına ehtiyac qalmır. 

NATO-dan Türkiyəyə xəbərdarlıq: Əgər C-400-lər alınarsa...

Trampın Konqresin razılığını almadan fövqəladə vəziyyət səlahiyyətindən istifadə edərək silah satışının önünü açmasına siyasətçilər reaksiya göstərib.

Nümayəndələr Palatasının üzvü Maykl Mccaul Trampın qərarının gələcəkdə Konqresin etibar və gücünə zərər verəcəyini söyləyib.

Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü, senator Bob Menendez isə deyib: "Trapın insan haqlarını müdafiə etmək əvəzinə Səudiyyə Ərəbistanı kimi avtoritar ölkələrə dəstək verməsi məni üzdü".

Senator Kris Mörfi də Trampı hədəf alıb: "Trampın bu yollardan istifadə etməsinin əsas səbəbi Konqresin bu satışa heç vaxt imkan verməyəcəyidir. Hazırda Səudiyyə Ərəbistanına silah verməyimiz üçün yeni bir fövqəladə vəziyyət yoxdur və bunu etmək yalnız humanitar böhranı artırır".

Qeyd edək ki, Trampın qərarından sonra 8 milyard dollarlıq 22 silah müqaviləsinin Konqresin nəzarəti olmadan həyata keçirilməsi gözlənilir.