CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sərhəd Xidmətinin rəisi: "8 ayın içində 40 min insan məhv edilib"

Elçin Quliyev: "Statistik rəqəmlərə nəzər saldıqda, dövlətin rep­ressiya məngənəsi al­tında nə qədər Vətən övladının gələcə­yinin üzərindən xətt çə­kildiyini təsəvvür etmək mümkündür"
Sputnik

BAKI, 25 may — Sputnik. "Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq "AzÇEKA" kimi tanınan Fövqəladə Komissiyanın, "NKVD" adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada "Siyasi Repressiya Qurbanları Muzeyi"nin yaradılması tarixin tələbidir. Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanla­rının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci il­lərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına "xalq düşməni", "Vətən xaini" damğası vurularaq, görkəmli ziyalı və mütə­fək­kirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qal­ıb­lar". 

İskəndərov: “Repressiyalar Azərbaycan xalqına faciə gətirib”

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) aparatının inzibati binasında DSX rəisi general-polkovnik Elçin Quliyev səsləndirib. "Düşünülmüş surətdə təhlü­kəsizlik orqanla­rında, xü­susən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən er­məni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mə­nasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sür­günlərinə məhkum edilib, neçə-ne­çə nəsillərin ən layiqli nüma­yən­də­ləri yaşayıb-yaratmaq imkanından məhrum olunblar" - deyə o bildirib.

Generalın sözlərinə görə, həmin illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin rep­ressiya məngənəsi al­tında nə qədər say-seçmə azərbay­canlının məhv edilməsi, nə qədər Vətən övladının gələcə­yinin üzərindən xətt çə­kildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür: "Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Ko­missarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəza­sına məh­­kum edilib. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komis­sarı, 49 rayon partiya komitəsinin katibi, 29 rayon İcra­iyyə komitə­sinin sədri, 57 zavod və mədən di­rek­toruı, 95 mühəndis, 110 hərbi qul­luqçu, 207 partiya və həmkarlar ittifaqı işçisi, 8 professor həbs edil­ib, əksəriyyəti güllə­lənib. Ümu­miy­yətlə, 1920-1950-ci illərdə rep­res­si­yaya mə­­ruz qal­mış vətəndaşların ümumi sayı 400 min nə­fərdən artıq olub, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün edilib".

E.Quliyev qeyd edib ki, həmin illərdə dəyərli Vətən övladlarının ən ağrılı, ən mə­şəq­qətli günlərinin şa­hidi olan bu bina­nın milli dövlətçilik tariximizdə böyük rolu var: "Çünki 1950-ci ildən 1969-cu ilədək Dahi Öndər Heydər Əliyev Azər­baycan SSR Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə ça­lış­dığı, həmin Komitəyə rəhbərlik etdiyi illərdə məhz bu binada işlə­yib, Azərbaycanın gələ­cəyinə hesablanmış taleyüklü ideya­ları bu binada düşünmüş və həyata keçirməyə başlayıb".

"Ümummilli Lider Heydər Əliyevin təhlü­kə­sizlik orqanlarının milli maraqlara zidd fəaliy­yə­tinə son qoyulmasına yönəlmiş fəda­kar xidmət­ləri nəticəsində, vaxtilə şəhər sakinlərinin yanın­dan qor­xu ilə keçdikləri, azərbaycanlılara qarşı "qırmızı terror"un simvolu olan bu binada hazır­da müstəqil Azərbaycan Respublikasının dövlət müs­təqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunul­mazlığına cavab­deh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə ya­ratdığı Dövlət Sərhəd Xidməti yerləşir" - DSX rəisi vurğulayıb.

"2005-ci ilin avqust ayında Azərbaycan Res­publikasının Prezi­denti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissə­lə­rinə döyüş bay­raq­larını təqdim etməsi Azər­bay­can sərhədçilərində böyük ruh yüksəkliyi yaradıb. Bununla yanaşı, bu tədbirin daha bö­yük bir əhə­miyyəti də olub - müstəqil Azər­baycan Respblikasının Prezi­dentinin, Silahlı Qüv­və­­lərinin Ali Baş Komanda­nının gəlişi şərə­finə bu binanın sıra meyda­nında 1919-cu ildə yazılmış dövlət himninin səslən­məsi ilə Vətənin azadlığı uğrun­da mübari­zə­­lərinə görə, vətən­pərvər­liklərinə görə rep­res­­siya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çə­mən­zəminlinin, Salman Mümtazın, Tağı Şah­ba­zinin, Əli Nazi­min, habelə həmin dövlət him­ninin sözlərinin müəllifi Əhməd Cavadın və digər­lərinin ruhları şad olmuş və ra­hatlıq tapıb" - o, əlavə edib.