MƏDƏNİYYƏT

Ramiz Əzizbəyli artıq evindədir

Xalq artisti xəstəxanada müalicə alıb
Sputnik

BAKI, 24 may — Sputnik. “Atam ötən ilin dekabrında əməliyyat olunduqdan sonra uzun müddət idi ki, dərman qəbul edirdi. O səbəbdən də onda diareya yaranmışdı. Evdə müəyyən dava-dərman versək də, heç bir xeyri olmadı. O səbəbdən də atamı xəstəxanaya apardıq. Artıq evdədir, hər şey yaxşıdır”. 

“Görsünlər əsl aktyor kimdir, özünü bambılılığa qoyanlar kim”

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib.

O bildirib ki, atasının digər ayağının əməliyyatını isə həkimlər hələ ki, məsləhət görülməyib.

“Həyat tərzi əsasən yataq rejimidir, yerində oturur, gəzmir. Arada məqalələrini, kitablarını da yazır”, - deyə aktyorun qızı əlavə edib.

Xatırladaq ki, ötən ilin dekabrında Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. R.Əzizbəylinin digər ayağında bənzər riskin yaranmaması üçün Ramiz Əzizbəylinin yenidən əməliyyat oluna biləcəyini söylənilmişdi.