CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki ağır qəzada 6 nəfər öldü, 24 nəfər yaralandı

Ölənlərin kimliyi hələ müəyyən edilməyib.
Sputnik

BAKI, 23 may — Sputnik. Bu gün ölkə ərazisində iki ağır qəza olub. Belə ki, Ələt-Astara magistralında ağır yol qəzası baş verib. Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, nadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı Olimpiya stadionunun yaxınlığında qəza olub, xəsarət alanlar var

"Ford" markalı mikroavtobus qarşıda gedən "Kamaz" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.

Xəsarət alanlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.

Faktla bağlı araşdırma aparılır.

Digər ağır qəza Yevlaxda baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 22 nəfər yaralanıb. Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb.

Aran bölgəsində ağır qəza baş verib, ölən və yaralananlar var

Qəza nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 19 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxanasına, 3 nəfəri isə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. 

Bu faktla da bağlı araşdırma aparılır.