Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: şəxsi iddialar media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.
Sputnik Azərbaycanın məlumatına görə, tədbirdə çıxış edən Mətbut Şurasının sədri, millət vəkili Əflatun Amaşov Avro Liqanın Bakıda keçiriləcək final oyunu öncəsi dünya mətbuatında Azərbaycan haqqında yayılan informasiyalardan danışıb.
O bildirib ki, hazırda dünya mətbuatında Azərbaycanda keçiriləcək final oyununa qarayaxma kampaniyası müşahidə edilir: “Bütün zamanlarda ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı yarışlar, oyunlar öncəsi bu kimi informasiyalar geniş şəkildə yayılır. Bir sıra ölkələr, siyasi təşkilatlar Azərbaycanla bağlı qara planlarını idman müstəvisində də gerçəkləşdirmək istəyirlər. Biz Azərbaycanla bağlı məkrli planların idman müstəvisində həyata keçirilməsinə imkan verməyəcəyik”.
Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqanın final oyununun Bakıda keçirilməsi ilə əlaqədar ölkəmizə gələcək turistləri diqqətli olmağa çağırıb.
Əflatun Amaşovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz