Təcavüzkar məktəb direktoruna 30 il həbs cəzası verilib

Son 3 ildir davam edən məhkəmə prosesinin sonunda direktor ağır cəzaya məhkum edilib
Sputnik

BAKI, 20 may — Sputnik. Bursada şagirdlərinə təcavüz etdiyi iddia edilən məktəb direktoru 30 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Təcavüzkar məktəb direktoruna 30 il həbs cəzası verilib

Bursanın İnegöl qəsəbəsində məktəb direktoru İ.D. 2016-cı ildə bəzi valideynlərin şikayəti ilə jandarma tərəfindən saxlanılmışdı. Zorlama iddiası ilə ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılan müdir həbs edilərək, həbsxanaya göndərilmişdi.

2016-cı ildən bu günə qədər məhkəmə prosesi davam edən direktor 27 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ancaq dövlət ittihamçısı İ.D.-yə verilən cəzanın az olduğunu bildirərək, məhkəmənin qərarının ləğvini istəyib. Nəticədə Ağır Cinayətlər Məhkəməsində yenidən işinə baxılan direktor 30 il müddətinə azadlıqdan məhru edilib.