İDMAN

Daha bir idmançımız vətənə medalla dönüb

Mötəbər turnirdə 102 ölkədən 1813 karateçi iştirak edib
Sputnik

BAKI, 20 may — Sputnik. Karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb.

Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Kişi karateçimiz Rafael Ağayev (-75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib. Mötəbər turnirdə 102 ölkədən 1813 karateçi iştirak edib.

Qeyd edək ki, milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir.