SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan yenə çalxalanır: Paşinyan "inqilabın ikinci mərhələsini" anons edib

Paşinyan-Koçaryan qarşıdurması zirvə nöqtəsinə çatır
Sputnik

BAKI, 20 may - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə  inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

“Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci, ən əsas mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini gözləyirəm” - o bildirib.

Paşinyan geri çəkildi: Robert Koçaryanı həbsdən azad edilib

Daha öncə Paşinyan sosial şəbəkə vasitəsilə həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırıb. Onun sözlərinə görə, "heç kəs məhkəmə binalarına daxil ola bilməməlidir". Bu bəyanat sabiq prezident Robert Koçaryanın mayın 18-də məhkəmə qərarı ilə azadlığa buraxılmasından dərhal sonra səsləndirilib.

Koçaryanın azadlığa buraxılmasını Dağlıq Qarabağdakı qondarma rejimin sabiq və hazırkı rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan dəstəkləyiblər.