Yaddaş zəifliyindən əziyyət çəkənlərə mühüm məsləhət

Mütəxəssislər yaddaşı gücləndirməyin yollarını açıqladılar
Sputnik

BAKI, 18 may — Sputnik. Türkiyəli həkimlər beyinin normal fəaliyyəti, yaddaşın güclənməsinin yollarını açıqlayıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssislər bunun üçün ilk olaraq gündə ən azı 8-10 fincan su içməyi məsləhət görüblər. Bundan başqa, omeqa 3 ilə zəngin olan balıq yemək də tövsiyə olunur. Həkimlər bildirir ki, balıq yağı yaddaşın güclənməsi üçün mühüm əhəmiyyətə malikdir. Yumurta, ləb-ləbi, yoqurt, yer badamı yemək də tövsiyə olunur.