MƏDƏNİYYƏT

Bazarda alınmış əsərin qiyməti milyonu keçdi - FOTO

Əsər 300 dollara alınıb, indi qiyməti milyon dollardır
Sputnik

BAKI, 18 may — Sputnik. Britaniyalı bazardan təsadüfən Pikasso əsəri alıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ekspertlər bazardan alınmış əsərin dahi rəssam Pablo Pikassonun orijinal əsəri olduğunu təsdiqləyib.

Bazarda alınmış əsərin qiyməti milyonu keçdi - FOTO

Kolleksiyaçı əsəri 300-dollardan ucuz qiymətə alıb.

Ekspertlər əsərin "Dəniz kənarında oturan çimərliyə gəlmiş adam" olduğu qərarını verib.

Hazırda əsərin qiyməti milyon dollar olaraq qiymətləndirilir.