BAKI, 18 may — Sputnik. Britaniyalı bazardan təsadüfən Pikasso əsəri alıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ekspertlər bazardan alınmış əsərin dahi rəssam Pablo Pikassonun orijinal əsəri olduğunu təsdiqləyib.
Kolleksiyaçı əsəri 300-dollardan ucuz qiymətə alıb.
Ekspertlər əsərin "Dəniz kənarında oturan çimərliyə gəlmiş adam" olduğu qərarını verib.
Hazırda əsərin qiyməti milyon dollar olaraq qiymətləndirilir.