İDMAN

Miri Yusif ulduz səfir oldu

İfaçı çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək
Sputnik

BAKI, 16 may — Sputnik. Azərbaycanın əməkdar artisti, müğənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib.

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verildi

Sputnik Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi  proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, Dünya Çempionatının daha bir səfiri dəfələrlə dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.

Hər iki ulduz səfir aprel ayında paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları böyük maraqla izləmişdilər.