“Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
“Yarışların ilk günündə möhtəşəm açılış mərasimi baş tutacaq. Tamaşaçılar gimnastların parlaq çıxışlarının şahidi olacaqlar. Bütün gimnastika həvəskarlarını Avropa çempionatına dəvət edirik”.
Qeyd edək ki, mayın 16-da Milli Gimnastika Arenasında başlayan turnir dörd gün davam edəcək.