BAKI, 16 may — Sputnik. Moskvanın hərbi dairə məhkəməsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin "K" İdarəsinin bölmələrindən birinin rəisi Kirill Çerkalinə qarşı rüşvət ittihamı ilə cinayət işi açılıb.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, istintaqın versiyasına görə, polkovnik mülki şəxsdən 850 min ABŞ dolları alıb.
Çerkalin aprelin axırlarında həbs edilib. Həmin vaxt keçmişdə onun tabeçiliyində olan şəxslər - Dmitri Frolov və Andrey Vasilyev də rüsvayçılıqla orqandan qovulmuşdular. Onlar dələduzluqda şübhəli bilinirdilər.
KİV-də yayılan məlumatlara görə, polkovnikin evində və iş yerindəki kabinetində aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda pul, saat kolleksiyası və qiymətli əşyalar müsadirə ediblər. Çerkalin bank sektorunda cinayətkarlarla mübarizə sahəsinə məsul imiş, rüşvəti də bank fırıldaqlarına dair bir sıra cinayət işləri ilə bağlı alıbmış. O, cinayət təhdidi ilə bankirlərdən xərac toplamağa müvəffəq olub.
Bundan əlavə, istintaqın məlumatına görə, 2011-ci ildə Frolov, Vasilyev və Çerkalin biznesmen Sergey Qlyadelkinə bildiriblər ki, onu cinayət məsuliyyətinə cəlb edə bilərlər. Nəticədə biznesmen MMC-nin nizamnamə kapitalındakı payını onu təhdid edən bu şəxslərə vermək barədə razılığa gəlib. Biznesmenə dəyən zərər 490 milyon rubl həcmindədir.