CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş nazirin qardaşı prorektor təyin edildi

Elton Məmmədov Azərbaycan Texniki Universitetinin kollektivinə təqdim edilib
Sputnik

BAKI, 13 may — Sputnik. Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.

Universitetdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib. 

Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

E.Məmmədov 1954-cü ildə Ucar rayonunda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və tədqiqi aparılır.

E.Məmmədov 3 çağırış Milli Məclisə deputat seçilib.

Qeyd edək ki, E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.