BAKI, 11 may — Sputnik. Rusiyanın ən yaşlı insanı dünyasını dəyişib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, İnquşetiyada yaşayan Appaz İliyev 123 yaşında reanimasiyada vəfat edib.
İnquşetiyanın rəhbəri Yunus-bek Evkurov Appaz İliyevin ailəsinə başsağlığı verib. Evkurov sosial şəbəkədə status yazaraq bildirib ki, 123 yaşlı Appaz İliyevlə bir neçə dəfə görüşüb: “O, mehriban bir insan idi”.
Qeyd edək ki, 123 yaşlı kişinin 8 uşağı, 35 nəvəsi, 34 nəticəsi və bir neçə kötücəsi var.
İliyev 1 mart 1896-cı ildə İnquşetiyanın Qulu kəndində dünyaya gəlib. O, ölkənin ən yaşlı adamı kimi Rusiya Rekordlar Kitabına salınıb.