İDMAN

“Neftçi”dən “Qarabağ”la oyunun biletlərinə fantastik qiymət

Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür
Sputnik

BAKI, 11 may — Sputnik. Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində bu gün saat 18:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Qarabağ” oyununun biletlərinin qiyməti artırılıb.

Sputnik Azərbaycan “Neftçi”  futbol klubunun rəsmi səhifəsinə istinadən xəbər verir ki, meydan sahibi “Neftçi” bu oyuna biletlərin qiymətinin bütün sektorlara 50 AZN təşkil etdiyini açıqlayıb.

Qeyd edək ki, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.