FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Xalqını sevən siyasətçi – Dahi Heydər Əliyevin 96 illiyinə

Sputnik

BAKI, 10 may — Sputnik. Ölkənin və bütün Türk dünyasının müasir tarixində dərin iz buraxan Müasir Azərbaycanın qurucusu Heydər Əliyev 96 il əvvəl bu gün anadan olub. Bu gün çətin həyat və siyasi yol keçən görkəmli insan, dahi Heydər Əliyevin doğum günündən 96 il keçir.

Heydər Əliyev on illiklər ərzində həm Azərbaycan, həm də Rusiya siyasi arenasında işləyib. 1993-cü ildə isə hökumət böhranından yorulan, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan xalqı həmin vaxt olan ölkə rəhbərliyindən hakimiyyətə Heydər Əliyevin gətirilməsini tələb etdi. Dahi liderin Azərbaycana qayıtması ölkənin bugünkü inkişafı və çiçəklənməsi istiqamətində əhəmiyyətli addımdır.

Həyatsevər insan kimi görkəmli siyasətçi öz xalqını, Xəzər dənizinin sahilini sevirdi, tez-tez neftçilər, pampıqçılar və digər peşələrin sahibləri ilə görüşərdi.

Sputnik Azərbaycan öz fotolentində oxucularına dahi liderin yalnız sovet dövründə deyil, həm də Azərbaycanın müstəqillik dövründə fəaliyyətini əks etdirən şəkilləri təqdim edir. Bu fotolar bir daha göstərir ki. Heydər Əliyev daim öz xalqının yanında olub.

1 / 18
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini Heydər Əliyeviç Əliyev
2 / 18
Azərbaycan Prezidenti Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının dövlət və hökumət başçılarının Moskvada keçirilən iclasında
3 / 18
Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının dövlət və hökumət başçılarının iclası. Viktor Stepanoviç Çernomırdın (sağda), Rusiya Federasiyasının Baş Naziri və Heydər Əliyev, Azərbaycan Prezidenti
4 / 18
Rusiya Prezidenti Vladimir Putin (sağda) və Azərbaycan Prezidenti Heydər Əliyev (solda)
5 / 18
Azərbaycan Prezidenti Heydər Əliyev mətbuat konfransında
6 / 18
Azərbaycan Kommunist Partiyasının Birinci katibi, Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyünə namizəd (1982-ci ilin noyabrından Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olur), Sosialist əməyi qəhrəmanı Heydər Əliyeviç Əliyev Sovet İttifaqı Kommunist Partiyasının XXVI iclasında
7 / 18
Azərbaycan SSRİ-nin millət vəkili Heydər Əliyev seçiciləri ilə görüşdə
8 / 18
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev (sağda) qazma ustası, neftçi İsrail Hüseynovla
9 / 18
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev (sağda) kolxozlardan birində yerli sakinlə (solda)
10 / 18
Azərbaycan Konstitusiya günün qeyd olunması. Soldan sağa: Rusiya Federasiyası hökumətinin sədr müavini Boris Nemtsov, Gürüstan Prezidenti Eduard Şevardnadze və Azərbaycan Prezidenti Heydər Əliyev
11 / 18
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnev və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev (sağdan sola) Azərbaycan SSR və Azərbaycan Kommunist Partiyasının 50 illiyi münasibətilə keçirilən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR-nin Ali Şurasının yubiley qurultayında. Azərbaycan SSR-nin Oktyabr İnqilabı ordenin təqdim olunması
12 / 18
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev (mərkəzdə) kolxozçularla söhbət edir
13 / 18
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrin dövlət və hökumət başçılarının iclası. Türkmənistan. Aşqabad şəhəri. Azərbaycan prezidenti Heydər Əliyev plenar iclas zamanı
14 / 18
Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevarnadze (sağda) Qırmızı Körpüdə Gürcüstan – Azərbaycan sərhədində görüş zamanı, 1998-ci il
15 / 18
Azərbaycan Prezidenti Heydər Əliyev iş kabinetində
16 / 18
Heydər Əliyev qızı ilə Xəzər dənizi sahilində, 70-ci illər
17 / 18
Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev (1923-2003)
18 / 18
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Zaqulba" prezident iqamətgahında atasının portreti önündə