TƏHLİL

“Qarabağ”ı ardıcıl 6 il çempion edən səbəb nədir - ekspert şərhi

Azerisport.com saytının direktoru Vüqar Zeynalov deyir ki, komandanın 80 faiz stabil heyəti və güclü xarakteri var
Sputnik

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib. “Qarabağ”, ümumilikdə 7-ci, ardıcıl isə 6-ci çempionluğunu qazanıb.

Azerisport.com saytının direktoru Vüqar Zeynalov Sputnik Azərbaycan-a deyir ki, “Qarabağ”ın ardıcıl 6-cı çempionluğu stabil oyundan və baş məşqçinin olmasından xəbər verir:

“Qarabağın güclü baş məşqçisi var. Qurban Qurbanovun işi hər kəsin gözü qabağındadır. Komandanın 80 faiz stabil heyəti və güclü xarakteri var. Yerli çempionatın səviyyəsi və komandalar zəif olsa idi, “Qarabağ” Avropada nəticə qazana bilməzdi. “Qarabağ” Avropada da   öz sözünü deyir. Bu klubun son 6 ildəki nəticələrini heç bir Azərbaycan klubu təkrar etməyib”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz