HADİSƏ

Tanınmış azərbaycanlı şairin bacısı oğlu öldürüldü

Mikayıl Mehman oğlu Qənbərov mayın 4-də qətlə yetirilib
Sputnik

BAKI, 6 may — Sputnik. Tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Report”a S.Sarvanın özü məlumat verib. O bildirib ki, hadisə mayın 4-də baş verib.

Şairin sözlərinə görə, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qənbərov öldürülüb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.