İDMAN

"Bakı Marafonu 2019" başa çatıb, qaliblər bəlli olub

Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib
Sputnik

BAKI, 5 may — Sputnik. Bu gün səhər saatlarında başlayan "Bakı Marafonu 2019" başa çatıb və yarışmanın qalibi müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.

"Bakı Marafonu 2019"a start verildi - Küləyə qalib gəl

Marafonda iranlı Məhəmməd Cəfər Moradi ikinci, Azərbaycan təmsilçisi Elman Abışov isə üçüncü olub.

Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.

Qaliblərin mükafatlandırma mərasimi finiş zonasında - Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3000 AZN, ikinci yeri qazanan 2000 AZN, üçüncü yerə çıxan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.