İDMAN

Formula 2: Yeganə qız pilot ilk dəqiqələrdən yarışı dayandırdı

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 aprel - Sputnik. SOCAR Azərbaycan Qran Prisində “Formula 2” üzrə ikinci yarış start götürüb. Sputnik Azərbaycan xəbər verir ki, turnirdə iştirak edən 10 komandanın 20 pilotu start xəttindən yarışa başlayıb.

Amma bir neçə dəqiqə sonra 3 pilot trasda toqquşub. Nəticədə hər üçü üçün yarış bitib. Bunlar Trident komansadının pilotu Ralp Boşunq, Carlin komandasının pilotu Lui Deletraz, BWT Arden komandasının pilotu Tatyana Kalderondur. Qeyd edək ki, yarışa saat 14:00-da yekun vurulacaq.

Xatırladaq ki, bu gün keçiriləcək “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.