Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 28 aprel - Sputnik. SOCAR Azərbaycan Qran Prisində “Formula 2” üzrə ikinci yarış davam edir. Sputnik Azərbaycan xəbər verir ki, turnirdə iştirak edən 10 komandanın 20 pilotu start xəttindən yarışa başlasa da, 20 dəqiqə ərzində 4 pilot yarışı yarımçıq bitirib.
Belə ki, yarışın ilk dəqiqələrində 3 pilot toqquşaraq qaraja geri dönüblər. Hadisədən bir neçə dəqiqə sonra Trident komandasının pilotu Giulino Alesi dönməni yerinə yetirən zaman divara çırpılıb. Nəticədə bolidin təkəri çıxıb. Pilot yarış ilə vidalaşmalı olub.
Qeyd edək ki, bir neçə dəqiqə öncə Trident komansadının pilotu Ralp Boşunq, Carlin komandasının pilotu Lui Deletraz, BWT Arden komandasının pilotu Tatyana Kalderon da yarışı dayandırıblar. Yarışa saat 14:00-da yekun vurulacaq.
Xatırladaq ki, bu gün keçiriləcək “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.