İDMAN

"Formula-1": SOCAR Azərbaycan Qran-prisi başlayıb

Bu yarışda pilotların qrid düzülüşündə dəyişiklik olub
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 aprel - Sputnik. "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisinin açılış mərasimi baş tutub. Öncə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim olunub. Daha sonra Azərbaycan Dövlət Himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səslənib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Birinci Vitse Prezident Mehriban Əliyeva, Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, “Formula 1”şirkətinin rəhbərliyi və pilotlar iştirak ediblər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət ediblər. Yeni aranjımanda təqdim olunan himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə ifa ediblər. Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər. 

Formula pilotları bir-bir sıradan çıxır

Bunun ardınca “Formula 1” üzrə SOCAR Azərbaycan Qran Prisinə start verilib. Bu yarışda pilotların qrid düzülüşündə dəyişiklik olub. Sputnik Azərbaycan xəbər verir ki, “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen də yarışa pit-leyndən başlayıb.

Qeyd edək ki, onun cəzalandırılmasının səbəbi pilotun təsnifat mərhələsində bolidinin qabaq qanadı reqlamentə uyğun gəlmədiyi üçün əldə etdiyi 8-ci yerini itirib. Pilotlar öncə təkərləri qızdırmaq üçün bir dövrə vurublar və daha sonra yarışa start verilib. Pilotların qrid düzülüşü belədir 1. Valtteri Bottas (Mercedes) 2. Lüis Hemilton “Mercedes” 3. Sebastyan Fettel (“Ferrari”) 4. Maks Ferstappen (“Red Bull”) 5. Serxio Peres (“Racing Point”) 6. Daniil Kvyat (“Toro Rosso”) 7. Lando Norris (“McLaren”) 8. Şarl Lekler (“Ferrari”) 9. Karlos Sayns (“McLaren”) 10. Daniel Rikkardo (“Renault”) 11. Aleksandr Albon (“Toro Rosso”) 12. Kevin Maqnussen (“Haas”) 13. Lens Stroll (“Racing Point”) 14. Romen Qrojan (“Haas”) 15. Niko Hülkenberq (“Renault”) 16. Corc Rassel (Williams) 17. Antonio Covinatsi (“Alfa Romeo”) 18. Robert Kubitsa (Williams) 19. Kimi Raykkonen (“Alfa Romeo”) 20. Pyer Qasli (“Red Bull”).