İDMAN

Azərbaycan Qran-prisində sıralama turu başlayıb

İkinci və üçüncü sərbəst yürüşlərdə "Ferrari"nin pilotu Şarl Lekler birinci, onun komanda yoldaşı Sebastyan Fettel isə ikinci olub
Sputnik

BAKI, 27 aprel — Sputnik. Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna start verilib. Sputnik Azərbaycan xəbər verir ki, pilotlar sabah yarışa hansı yerdə başlayacaqları yerləri sıralama turnirinin sonunda müəyyən edəcəklər.

Qeyd edək ki, ikinci və üçüncü sərbəst yürüşlərdə "Ferrari"nin pilotu Şarl Lekler birinci, onun komanda yoldaşı Sebastyan Fettel isə ikinci olub.

Xatırladaq ki, ilk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb.

Formula 1-də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.