Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 26 aprel - Sputnik. “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, dövrəni 1 dəqiqə 42,872 saniyəlik nəticə ilə başa vuraraq, bütün rəqiblərini qabaqlayıb.
Onun “Ferrari” üzrə komanda yoldaşı Sebastyan Fettel ikinci, “Mercedes”dən Luis Hamilton üçüncü nəticə göstərib.
Bununla da Qran-pridə ilk gün başa çatıb.