İDMAN

Yarışda daha bir qəza oldu

SOCAR Azərbaycan Qran Prisində ikinci sərbəst yürüş davam edir
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel - Sputnik. Bakıda keçirilən SOCAR Azərbaycan Qran Prisində “Formula 1”in ikinci sərbəst yürüşünə start verilib. Yürüşün 16-cı dəqiqəsində “Rasinq Point” komandasının pilotu Lens Stroll qəza törədib.

Sputnik Azərbaycan xəbər verir ki, pilot sürətlə hərəkət etdiyi üçün döngədə müvazinəti itirib və divara çırpılıb. Nəticədə bolid ciddi zədə alıb. Bununla da Stroll üçün ikinci sərbəst yürüş də başa çatıb. Marşalların köməyi ilə bolid trekdən çıxarılıb.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran Prisində ikinci sərbəst yürüş davam edir.